Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Türkiyədə yanğınlar davam edir: Beş bölgədə 3 583 nəfər təxliyə edildi
---

Türkiyədə yanğınlar davam edir: Beş bölgədə 3 583 nəfər təxliyə edildi

Türkiyənin İzmir, Aydın, Bolu, Muğla və Manisa bölgələrində yanğın və onun söndürülməsi istiqamətində əməliyyatlar davam edir.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) bu bölgələrdə ümumilikdə 3 583 nəfərin ehtiyat tədbiri olaraq təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirib.

AFAD həmçinin qeyd edib ki, ölkənin müxtəlif bölgələrində davam edən yanğınların nəzarət altına alınması üçün bütün əlaqədar qurumlar havadan və qurudan fasiləsiz olaraq müdaxilələri davam etdirirlər.

"İzmir, Aydın, Bolu, Muğla və Manisa vilayətlərində yanğınsöndürmə əməliyyatlarına 90 hava vasitəsi, 4 717 işçi heyəti və 1 218 texnika cəlb olunub. Ümumilikdə 3 583 vətəndaş təhlükəsiz ərazilərə təxliyə olunub", - deyə qurumdan bildirilib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma