Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bakıda 43 yaşlı kişini döyərək ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs saxlanıdlı
---

Bakıda 43 yaşlı kişini döyərək ağır xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs saxlanıdlı

Avqust ayının 10-da Yasamal rayonu ərazisində R.Həsənovun döyülərək xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

09:18

Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Ramin Sahib oğlu Həsənov bir neçə nəfərin hücumuna məruz qalıb.

Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.

Hadisənin təfərrüatı araşdırılır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma