Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib
---

ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan komandası - qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!" -deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalını qazanıb.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma