Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » İnanılmaz ənənələr- Ölü sümüyündən şorba, kəsilən barmaqlar...
Maraqlı / Lifestyle

İnanılmaz ənənələr- Ölü sümüyündən şorba, kəsilən barmaqlar...

Dünyada minlərlə mədəniyyət var. Bu mədəniyyətlərin də müxtəlif ənənələri mövcuddur. Bəziləri normal ənənələrdir, bəziləri isə inanılmaz.

BiG.AZ Lent.az-a istinadən həmin ənənələri və mövcud olduğu ölkələri təqdim edir:

Hindistan

Hindistanın Solapur bölgəsinin yerli əhalisi uzunömürlülüyü təmin etmək üçün körpələri dünyaya gələn kimi 15 metrdən atır. Aşağıda insanlar körpəni tutmaq üçün çarşafları açırlar.

İnanılmaz ənənələr- Ölü sümüyündən şorba, kəsilən barmaqlar...Hindistandakı Dani Qəbiləsi, sevdikləri öləndə kədərlərini göstərmək üçün barmaqlarını kəsirlər. İnanırlar ki, bunu etməklə mərhuma ürəkdən bağlılıqlarını nümayiş etdirirlər.

İnanılmaz ənənələr- Ölü sümüyündən şorba, kəsilən barmaqlar...Tayland

Kral ailəsinin qəribə bir ənənəsi var. Yalnız özlərinin danışa biləcəkləri bir dili var! İnanılmaz deyilmi? Məqsəd, başqalarının danışdıqlarını başa düşməsinin qarşısını almaqdır. Bu yolla, krala namizəd olacaq üzvlərinin daha etibarlı olduğuna inanırlar və əsrlər boyu bu dili öz aralarında istifadə edirlər.

İnanılmaz ənənələr- Ölü sümüyündən şorba, kəsilən barmaqlar...İspaniya

İspaniyada "La Tomatina" adlanan Pomidor Savaşı Festivalının mənşəyi tam olaraq bilinmir. Əfsanəyə görə, 1945 -ci ildə yeniyetmələr təhlükəsizlik qüvvələrinə etiraz etmək üçün pomidordan istifadə ediblər və sonra ənənə halına çevrilib. Dünyanın müxtəlif ölkələrindən insanlar bu festivala qoşulmaq üçün İspaniyaya gedirlər.

İnanılmaz ənənələr- Ölü sümüyündən şorba, kəsilən barmaqlar...Cənubi Amerika

Cənubi Amerikada (Braziliya və Venesuela) yaşayan Yanomami qəbiləsi ölü sümüklərini qaynadaraq şorba hazırlayır. Beləliklə, mərhumun ruhunun onlarda əbədi yaşayacağına inanırlar. Torpaq altında çürüməkdənsə, mərhumun yandırılmasının daha yaxşı olduğuna inanırlar.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma