Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Tramp ABŞ prezidentliyinə namizədliyi ilə bağlı bəyanat verdi
---

Tramp ABŞ prezidentliyinə namizədliyi ilə bağlı bəyanat verdi

ABŞ Respublikaçılar Partiyasının Miluoki şəhərində keçirilən qurultayında prezidentliyə namizəd kimi irəli sürdüyü Donald Tramp ölkə başçısı postuna yenidən namizəd olmağa razılığını bildirib.

Bu barədə Oxu.Az NEWS.ru-ya istinadən bildirir.

O, ölkənin hazırkı administrasiyasının fəaliyyətini tənqid edib və "inanılmaz qələbə" qazanacağına söz verib.

"Mən bütün ABŞ-nin prezidentliyinə namizədəm, yarısına deyil. Buna görə də sizin ABŞ prezidentliyinə namizəd nominasiyanızı qəbul etməkdən qürur duyuram", - deyə o qeyd edib.

Beləliklə, Tramp üçüncü dəfə ABŞ prezidentliyinə namizəd olacaq. O, 2017-2021-ci illərdə Ağ Evin rəhbəri vəzifəsində çalışıb. 2020-ci ilin payızında postunu Co Baydenə təhvil verib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də yeni keçiriləcək.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma