Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Fransada bir binada baş verən yanğında 7 nəfər ölüb
---

Fransada bir binada baş verən yanğında 7 nəfər ölüb

Fransada bir binada baş verən yanğında 7 nəfər ölüb.

BiG.AZ xəbər verir ki, Nitsa şəhərinin tabe olduğu Alp-Maritimes Qubernatorluğunun X hesabında edilən yazıya görə, gecə saat 03:00 radələrində Moulins rayonunda 7 mərtəbəli binada yanğın baş verib.

Yanğın zamanı 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə təxminən 4 saat ərzində söndürülüb.

Qubernatorluq xilasetmə qruplarına yanğının qarşısının alınmasında göstərdikləri səylərə görə təşəkkür edib.

Nitsa Prokurorluğu yanğınla bağlı araşdırmalara başlayıb və hadisə yerindəki ilk tapıntılar əsasında yandırma ehtimalının qiymətləndirildiyini açıqlayıb.

Daxili İşlər Naziri Gerald Darmanin, X hesabında baş verən yanğınla bağlı verdiyi açıqlamada xilasetmə qruplarının sürətli müdaxiləsinin daha çox itkilərin qarşısını aldığını bildirib.

Nitsa meri Kristian Estrosi də X postunda yaxınlarını itirənlərə başsağlığı verib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma