Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Sui-qəsd cəhdinə məruz qalan Donald Tramp: "Mən ölməli idim"
---

Sui-qəsd cəhdinə məruz qalan Donald Tramp: "Mən ölməli idim"

ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada seçki kampaniyası zamanı baş verən sui-qəsd anından danışıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "New York Post" qəzetinə açıqlama verib.

"Mən indi burada olmamalıydım, ölməli idim. Bəxtimin sayəsində buradayam, bir çoxları isə tanrının sayəsində həyatda qaldığımı söyləyirlər", - deyə D.Tramp vurğulayıb.

O, həmçinin güllələndikdən sonra danışmağa davam etmək istədiyini, lakin xüsusi xidmət qrupunun əməkdaşlarının onun xəstəxanaya getməsinə israr etdiyini deyib.

D.Tramp əlavə edib ki, Birləşmiş Ştatların xüsusi xidmət orqanları mitinqində ona atəş açmaqda şübhəli bilinən şəxsi ilk cəhddə zərərsizləşdirməklə fantastik işə imza atıblar.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma