Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » KİV: Bayden Trampa sui-qəsd cəhdindən sonra ləyaqətlə istefa vermək şansı qazanıb
---

KİV: Bayden Trampa sui-qəsd cəhdindən sonra ləyaqətlə istefa vermək şansı qazanıb

ABŞ-nin hazırkı prezidenti Cozef Bayden Donald Trampa sui-qəsd cəhdindən sonra ləyaqətlə istefa vermək və demokratlara dövlət başçısı vəzifəsinə daha bir namizədi elan etmək şansı qazanıb.

"Report" xəbər verir ki, bu fikir Avstriyanın "Die Presse" qəzetinin şərhində yer alıb.

Şərhdə deyilir ki, Cozef Baydenin nizamlı şəkildə istefa vermək və Ağ Evi ləyaqətlə tərk etmək imkanı qazanıb.

Məqalə müəllifinin fikrincə, mitinqdə baş verən atışmadan sonra Tramp "vəzifə üçün ömürlük namizəd" imicini qazanacaq, Bayden isə "kövrək və yaşlı" prezident kimi qəbul ediləcək.

"Bundan sonra Tramp çox güman ki, əvvəllər ona şübhə ilə yanaşan bəzi müstəqil seçiciləri özünə cəlb edəcək", - şərhdə vurğulanır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma