Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dünyanın ən bahalı şəhərləri - SİYAHI
---

Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Bu reytinq 12 premium istehlak məhsulu və 8 xidmətdən ibarət səbətin dəyərini nəzərə alır.

Söhbət İsveçrənin "Julius Baer" bankının dərc etdiyi Global Wealth and Lifestyle (Qlobal Sərvət və Həyat tərzi) reytinqindən gedir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, reytinq formalaşdırarkən analitiklər 12 premium istehlak malından və 8 xidmətdən ibarət səbətin dəyərini nəzərə alırlar. Malların və xidmətlərin dəyəri ABŞ dolları ilə hesablanır və müqayisə edilir. Bu siyahıya zinət əşyaları, avtomobillər, saatlar və qadın çantaları daxildir. Xidmətlərə gəlincə, reytinqdə özəl təhsil müəssisələrində təhsil xərcləri, tibbi sığorta xərcləri və s. daxildir.

Bu reytinqin lideri Sinqapurdur.

İkinci yerdə Honq-Konqdur, London isə üçüncü sıradadır.

Siyahıda sonrakı yerləri Şanxay, Monako, Sürix, Nyu-York, Paris, San-Paulu və Sidney tutur.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma