Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Uorren Baffet 5,3 milyard dollarlıq səhmlərini xeyriyyə təşkilatlarına bağışladı
---

Uorren Baffet 5,3 milyard dollarlıq səhmlərini xeyriyyə təşkilatlarına bağışladı

Dünyanın ən zəngin adamlarından sayılan amerikalı milyarder Uorren Baffet 5,3 milyard dollar dəyərində "Berkshire Hathaway" şirkətinin səhmlərini beş xeyriyyə təşkilatına bağışlayıb.

Məlumata görə, bu, Baffetin ən böyük illik ianəsi olub.

Ümumilikdə 9,93 milyon səhm Bill və Melinda Qeyts Fonduna, qalanı isə investorun mərhum birinci həyat yoldaşının adını daşıyan Syuzan Tompson Baffet Fonduna və onun uşaqları Hovard, Syuzan və Piter Baffetin rəhbərlik etdiyi üç xeyriyyə təşkilatına bağışlanıb.

Qeyd edək ki, "Bloomberg"in Milyarderlər İndeksinə görə, 93 yaşlı investor 135 milyard dollarlıq sərvətlə dünyanın onuncu ən varlı adamıdır.(oxu.az)


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma