Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Lavrov Ermənistanın KTMT-dən çıxmaq istəyi barədə: "Diplomatiya ənənələrində fala baxmaq yoxdur"
---

Lavrov Ermənistanın KTMT-dən çıxmaq istəyi barədə: "Diplomatiya ənənələrində fala baxmaq yoxdur"

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması proseduru birliyə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında müzakirə olunmayıb, çünki bununla bağlı müraciət daxil olmayıb".

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Nazirlər Şurasının iclasından sonra jurnalistlərə bildirib.

"Diplomatiya ənənələrində fala baxmaq yoxdur. Bəli, bu gün görüşdə erməni nazir iştirak etməyib, lakin Ermənistan tərəfindən baş verməyən bir hadisənin nəticələrini müzakirə etməyi zəruri edəcək heç bir sənəd təqdim edilməyib, hər hansı bir addım atılmayıb", - deyə Lavrov Ermənistanın KTMT-dən çıxmasının mümkün nəticələri ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərdə növbəti məntiqi addımın təşkilatdan çıxmağın olacağını bildirib.

Mənbə: TASS


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma