Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir.
BiG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti agentliyinə bildirib.
O, iki ölkə xalqlarının əsrlər boyu bir-biri ilə bağlı olan "həyat və taleyinə" diqqət çəkib. Agentliyin mənbəsi həmçinin qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzv ölkələrinin də Yerevanla bağlı "öz maraqları" var.