Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Mağazalarda bəzi malların üzərində qiymət göstərilməməsi doğrudur? - CAVAB
---

Mağazalarda bəzi malların üzərində qiymət göstərilməməsi doğrudur? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu malların üzərinə qiymətlərin qoyulması ilə bağlıdır.
Bəzi mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Buna görə alıcılar məcbur olub bəyəndikləri hər malın qiymətini ayrıca soruşurlar. 
Maraqlıdır, mağazalarda bəzi malların üzərində qiymətləri göstərilməməsi doğrudur? Bu məsələ Qanunla necə tənzimlənir?
Lent.az xəbər verir ki, satışa çıxarılmış bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır.
Qiymət kağızının arxa tərəfində isə məsul şəxsin imzası və onun doldurulma tarixinin olması vacibdir. Mənbə: Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında" 1998-ci il tarixli qərarı
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma