Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Snayperlə vurulan şəhid Fərman Yaqublu dəfn edildi
Son xəbərlər

Snayperlə vurulan şəhid Fərman Yaqublu dəfn edildi

Dünən saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda xidmətdə olan gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
"Qafqazinfo" xəbər verir ki, F.Yaqublu bu gün Beyləqan rayonu Qəhrəmanlı kəndində dəfn edilib.
Şəhid Fərmanın atası Telman Yaqubov da Birinci Qarabağ müharibəsi şəhididir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. T.Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.
Fərman Yaqublu da atası kimi 27 yaşında şəhid olub.
Gizir Yaqublu Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma