Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Əməkdar artist vəfat etdi - FOTO
Son xəbərlər

Əməkdar artist vəfat etdi - FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva dünyasını dəyişib.
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı mərkəz yayıb. Bildirilib ki, o, 86 yaşında vəfat edib.
Qeyd edək ki, əslən Qarabağdan olan K. Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporasında fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. K. Aliyevanın xidmətləri nəzərə alınaraq, o, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar artist" fəxri adına layiq görülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə "Dostluq" ordeni ilə mükafatlandırılıb.
Allah rəhmət eləsin!

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma