Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » AQTA-dan saxta yağlarla bağlı XƏBƏRDARLIQ
Son xəbərlər

AQTA-dan saxta yağlarla bağlı XƏBƏRDARLIQ

AQTA-dan saxta yağlarla bağlı XƏBƏRDARLIQ


Təəssüf ki, “SN Qida Təchizat” MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sertifikatını saxtalaşdıraraq onu "Belorusskaya Korova" əmtəə nişanlı yağın sertifikatı kimi təqdim edib və "Bizim market"ə təqdim edib. Təbii ki, həmin şirkət sahibkarı da aldatmağa cəhd edib.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O bildirib ki, həmin əmtəə nişanı altında ümumiyyətlə kərə yağı yoxdur: "Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar. Faktla bağlı materiallar hazırlanaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Bu işdə günahı olan insanlar cəzalandırılacaqlar".

Q.Təhməzli bir müddət əvvəl spirtli içkidən baş verən zəhərlənmə hadisəsi barədə da danışaraq bildirib ki, spirtli işçikilərlə bağlı aparılan araşdırmanın nəticəsinə görə, bu cinayətdə iştirak edən 15 şəxs barəsində məhkəmə qərarları ilə onlar barəsində həbs qətimkan tədbiri tətbiq olunub. (trend)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma