Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi
Son xəbərlər

Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi

Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi


Faktla bağlı araşdırma aparılır

MAY.AZ apa.az-a istinadən xəbər verir ki, Bakıda yerləşən "İnternational" özəl tibbi klinikasında doğuş zamanı ölüm faktı qeydə alınıb.

1991-ci il təvəllüdlü Həsənova Xırda Sultanmurad qızı doğuşdan iki gün sonra evə buraxılıb. Bu gün isə o, dünyasını dəyişib.

Mərhumun yaxınları onun həkimlərin səhlənkarlığı üzündən öldüyünü iddia ediblər.

Hadisə ilə bağlı Məhkəmə Tibbi ekspertizası təyin edilib. Meyit müayinə olunmaq üçün Məhkə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma