Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Mayk Tayson üzləşmədə Ceyk Polu şapalaqladı
Son xəbərlər

Mayk Tayson üzləşmədə Ceyk Polu şapalaqladı

Bu gün gecəyarısı keçiriləcək döyüşdə Ceyk Pol Mayk Taysonla qarşılaşacaq.

May.Az-ın məlumatına görə, ağır çəki kateqoriyasında çıxış edən 58 yaşlı amerikalı peşəkar boksçu Mayk Tayson boks döyüşündən əvvəl üz-üzləşmə mərasimində 27 yaşlı videobloqer Ceyk Pola şapalaq vurub.

Mayk Tayson 19 ildən sonra yenidən rinqə qayıdır. Ceyk Pol isə karyerasında 12-ci döyüşünü keçirəcək (10 qələbə, 1 məğlubiyyət).

Xatırladaq ki, döyüşün yay aylarında keçirilməsi nəzərdə tutulsa da, Mayk Taysonun səhhətində yaranan problem qarşılaşmanın təxirə salınmasına səbəb olmuşdu.

Qeyd edək ki, Ceyk Pol ilə Mayk Tayson arasında döyüş Bakı vaxtı ilə noyabrın 16-da saat 4:00-da başlayacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma