Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Sədərək"də kütləvi dava — Xəsarət alanlar var
Son xəbərlər

"Sədərək"də kütləvi dava — Xəsarət alanlar var

"Sədərək"də kütləvi dava — Xəsarət alanlar var


Bakının Qaradağ rayonunda kütləvi dava olub.

Big.Az” report-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Belə ki, sürücü avtomobilini ticarət mərkəzində yerləşən mağazaların birinin qarşısında saxlayıb. Bu da öz növbəsində həmin mağazada işləyən şəxslərin narazılığına səbəb olub. Qısa mübahisədən sonra sürücü ərazidən uzaqlaşıb. Lakin sürücü bir müddət sonra bir neçə şəxslə geri qaydıb və yenidən mağaza işçiləri ilə mübahisə edib. Mübahisə sonda tərəflər arasında dava ilə yekunlaşıb.

Nəticədə mağaza işçiləri 1982-ci il təvəllüdlü Rəfiyev Rüfət Gülağa oğlu, 1982-ci il təvəllüdlü Babayev Məhəmməd Zakir oğlu və 1978-ci il təvəllüdlü Əzizova Həyat Hümbət qızı ağır bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

R. Rəfiyev və B. Məhəmmədə qapalı kəllə beyin, E. Həyata isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralılar həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma