Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda ev sahibi oğrunu döyərək polisə təhvil verdi
Son xəbərlər

Azərbaycanda ev sahibi oğrunu döyərək polisə təhvil verdi

Azərbaycanda ev sahibi oğrunu döyərək polisə təhvil verdi


Ağcabədidə evə oğurluğa girən şəxs döyülərək polisə təhvil verilib.

BiG.AZ ona-ya istinadən xəbər verir ki, Ağcabədi şəhəri, Zülfi Adıgözəlov küçəsində yaşayan Kərimov Məhəmmədəli Eldar oğlu səhər saat 05 radələrində işdən gələrkən evin həyətindən səs eşidib və həyətə nəzərə yetirdikdə əvvəllər tanımadığı şəxsin əlində su mühəriki və qazan tutub dayandığını görüb. Həmin şəxs onu görən kimi əlindəki əşyaları atıb qaçmağa başlayıb. Oğru hasara dırmaşmaq istəyərkən Məhəmmədəli Kərimov onu tutub. Oğru ev sahibini yumruqla vurmaq istəyib, lakin Məhəmmədəli Kərimov əlbəyaxa döyüş növləri üzrə idman ustası olduğundan özünü müdafiə edib və oğurluq edən şəxsə yumruq zərbələri endirib.

Qonşuluqda yaşayan şəxslər səsə gələrək oğrunu ev sahibinin əlindən alıblar. Daha sonra Məhəmmədəli Kərimov polis şöbəsinə zəng edərək hadisə barədə məlumat verib. İlkin araşdırmalar zamanı məlum olub ki, oğurluq edən şəxs Xocəvənd rayon sakini, Ağcabədi rayonu Hüsülü kəndində məskunlaşan 1988-ci il təvəllüdlü Quliyev Cəsarət Akif oğludur.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma