Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Əhaliyə şad xəbər - Ailə Məcəlləsinə vacib dəyişiklik edildi
Son xəbərlər

Əhaliyə şad xəbər - Ailə Məcəlləsinə vacib dəyişiklik edildi

Əhaliyə şad xəbər - Ailə Məcəlləsinə vacib dəyişiklik edildi


Azərbaycan Respublikasının Ailə Məcəlləsində edilmiş son dəyişiklik qüvvəyə minib.

Ailə Məcəlləsinin 164.1-ci maddəsində "təqdim edildikdə” sözləri "əsasında” sözü ilə əvəz edilib və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

"Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.”.

Qeyd edək ki, 164-cü maddə vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması barədədir.

Dəyişiklikliyin qüvvəyə minməsi ilə əhalinin vətəndaşlıq vəziyyəti ilə bağlı qeydiyyatı və ya arayış alması zamanı elektron informasiya sistemində əldə edilməsi mümkün olan əlavə sənədləri təqdim etməsinə ehtiyac qalmayacaq.(publika)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma