Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Misir Mərdanov: "İstəmirəm ki, kimlərinsə təhqiri ilə üzləşim"
Son xəbərlər

Misir Mərdanov: "İstəmirəm ki, kimlərinsə təhqiri ilə üzləşim"

Misir Mərdanov: "İstəmirəm ki, kimlərinsə təhqiri ilə üzləşim"


Xəbər verdiyimiz kimi, bu il 29 abituriyent 700 bal toplayıb. Bu da 1992-ci ildən başlayaraq indiyə kimi qəbul imtahanlarında şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemində rekord say hesab olunur.

Unikal.org "Bu il maksimum nəticə göstərmiş abituriyentlərin sayının bu qədər çox olması Azərbaycan təhsilinin inkişafıdır, yoxsa, imtahanlarda asan sualların verilməsidir?" sualı ilə keçmiş təhsil naziri Misir Mərdanova müraciət edib.

Sualı eşidən Misir Mərdanov təhsil sistemi ilə bağlı danışmaq istəmədiyini, hazırda istirahət etdiyini deyib:

"Mən ümumumiyyətlə, təhsillə bağlı heç nə danışmaq istəmirəm. Təhsillə bağlı danışanda çoxsaylı iradlarla qarşılaşmışam. Bu barədə danışığımı müxtəlif cür yozurlar. Mən danışıram, başqası yanına bir şey qoşur. Allaha şükür rahat işim-gücüm var. İstəmirəm ki, kimlərinsə təhqiri ilə üzləşim. Hazırda Novxanıda bağımda istirahət edirəm. Bundan sonra təhsillə bağlı eç nə danışan deyiləm".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma