Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » 6 yaşlı uşaq iş üçün müraciət etdi
Son xəbərlər

6 yaşlı uşaq iş üçün müraciət etdi

6 yaşlı uşaq iş üçün müraciət etdi


Legoland şirkətinin iş elanına 6 yaşlı uşaq müraciət edib və təcrübə keçmək imkanı qazanıb.

Lego modellərinin yaradılması, paket dizaynı informasiya texnologiyaları üzrə verilən iş elanına Stanli Bolland adlı 6 yaşlı uşaq məktubla müraciət edib.

Məktubunda S.Bolland bir qutu Legosunun olduğunu, balaca qardaşının tapmaması üçün onları gizlədiyini yazıb:

“Axtardığınız adam mənəm, çünki çoxlu təcrübəm var”.

Şirkət Bollandı işə qəbul etməsə də, Legolanddə bir günlük təcrübə keçməsinə imkan yaradıb.

“Legonu sevmək dizayner olmaq üçün ilk addımdır. Buna görə bu iş üçün mükəmməl biri olacağına inanırıq. Axtardığımız insanın məhz sən olduğunu dediyin üçün bir günlük bizimlə təcrübə keçə bilərsən”, - deyə şirkətdən, 6 yaşlı uşağın müraciətinə cavab verilib.(publika)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma