Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Qarabağ"ın oyunu yayımlanacaq - RƏSMİ BƏYANAT
Son xəbərlər

"Qarabağ"ın oyunu yayımlanacaq - RƏSMİ BƏYANAT

"Qarabağ"ın oyunu yayımlanacaq - RƏSMİ BƏYANAT


"Qarabağ"ın Çempionlar Liqasında "Kukesi" ilə Albaniyadakı bugünkü oyunu heç bir kanalın yayımlamayacağı xəbərini vermişdik.

"Qarabağ" FK bu mövzuda bəyanat yayıb.

MAY.AZ həmin bəyənatı təqdim edir:

"Məlum olduğu kimi, bu gün baş tutacaq "Kukesi" - "Qarabağ" matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.

Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz "AZƏRÇAY" yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın "Azərçay"ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir.

Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizlərlə paylaşacağıq."
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma