Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Dənizin sahilini çirkləndirən şəxslər CƏRİMƏLƏNDİ
Son xəbərlər

Dənizin sahilini çirkləndirən şəxslər CƏRİMƏLƏNDİ

Dənizin sahilini çirkləndirən şəxslər CƏRİMƏLƏNDİ


Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirlikdən MAY.AZ-a verilən məlumata görə, keçirilən reydlər zamanı rayonun Xəzər dənizinin sahil zolağına "Kamaz” markalı 99-KZ-932, 90-CR-686 və 10-CD-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərdən tullantıların boşaldıldığı faktı aşkar edilib.

Faktlarla bağlı avtomobillərin sahibləri Saleh Cəfərov, Rauf Məmmədov və Elməddin Vəliyev barəsində protokollar tərtib edilib və qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma