Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » 13 stomatoloq məsuliyyətə cəlb edilib
Sosial

13 stomatoloq məsuliyyətə cəlb edilib

İyul ayı ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 39 yoxlama aparılıb.


TRENDX.AZ xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin yoxlamalardan 32-si özəl tibb müəssisəsində, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib.

Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkar edilib, aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Bununla yanaşı, iyul ayı ərzində aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.

Aparılmış yoxlamalar zamanı plastik cərrahlarla bağlı hər hansı nöqsan aşkar edilməyib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma