Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu, 6 nəfər yaralandı
Son xəbərlər

Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu, 6 nəfər yaralandı

Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu, 6 nəfər yaralandı


İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Muğanlı-İsmayıllı yolunda "Mersedes" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "Hyundai" markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı İsmayıllı və Bakı sakinləri-2014-cü il təvəllüdlü Oruclu Ruhin Mehdi oğlu, 1953-cü il təvəllüdlü Şükürov Ağaverdi Əli oğlu, 1959-cu il təvəllüdlü Məmmədov Rafiq Salam oğlu, 1991-ci il təvəllüdlü Orucov Mehdi Əlişir oğlu, 2011-ci il təvəllüdlü Babazadə Tunar Ceyhun oğlu, 1966-cı il təvəllüdlü Orucov Əlişir Cahangir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma