Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı
Son xəbərlər

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı


Müdafiə Sənayesi Nazirliyi“Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.

May.az xəbər verir ki, nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

May.az
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma