Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Cenk Tosun rekord məbləğə "Everton" klubuna transfer oldu
Son xəbərlər

Cenk Tosun rekord məbləğə "Everton" klubuna transfer oldu

Cenk Tosun rekord məbləğə "Everton" klubuna transfer oldu


Türk futbolçu Cenk Tosun "Beşiktaş"dan "Everton" klubuna transfer olunub.

BAKU.WS-in məlumatına görə, ingilis klubu Cenk Tosun üçün 27 milyon avro transfer məbləği ödəyəcək. "Beşiktaş" klubunun prezidenti Fikret Orman dünən axşam İngiltərə klubunun rəsmiləri ilə görüşüb.

Klub rəsmilərinin razılıq əldə etməsindən sonra futbolçunun transferi bu gün reallaşıb. "Beşiktaş"a 25 milyon avro əvvəlcədən ödəniləcək, qalan 2 milyon avro isə Cenk Tosunun oynadığı matç və performansa görə veriləcək.

Bu gecə Liverpula gedəcək futbolçu sabah sağlamlıqla bağlı müayinədən keçəcək. "Everton" futbolçu ilə 4,5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Cenk Tosun 27 milyon avroluq transfer məbləği ilə Türkiyə rekoruna sahib olub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma