Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Qobustanda qohumlar arasında dava düşüb - Yaralılar var
Son xəbərlər

Qobustanda qohumlar arasında dava düşüb - Yaralılar var

Qobustanda qohumlar arasında dava düşüb - Yaralılar var


Qobustan rayonunda qohumlar arasında dava düşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəngi yaşayış massivində qeydə alınıb.

Belə ki, Qobustan rayonu, Ələbşalbaş kənd sakini, 1989-cu il təvəllüdlü Mahir Əbdülhüseyn Hüseynov oğlu ilə dayısı oğlu, Bəklə kənd sakini, 1997-ci il təvəlldülü Ramin Şahmirzə oğlu Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə R.Kərimov bibisi oğluna vintaçanla xəsarət yetirib, M.Hüseynov isə dayısı oğlunun başına bellə vurub. Hər iki şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qohumların Cəngi yaşayış massivində heyvandarlıqla məşğul olduqları və davanın da otlaq sahəsi üstündə düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma