Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda dayı onu söyən bacısı oğlunu döyərək xəstəxanalıq etdi (VİDEO)
Son xəbərlər

Azərbaycanda dayı onu söyən bacısı oğlunu döyərək xəstəxanalıq etdi (VİDEO)

Azərbaycanda dayı onu söyən bacısı oğlunu döyərək xəstəxanalıq etdi (VİDEO)


Lənkəranda dayı onu söyən bacısı oğlunu döyərək xəstəxanalıq edib.

ARB Cənub xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. Kənd sakini Fərrux Rəhman oğlu İsmayılov bacısı oğlu, əqli çatışmazlığı olan 51 yaşlı Müqəddəs Mirzə oğlu İbadovu döyüb.

Zərərçəkmişin xəsarətləri ciddi olduğundan Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin müyainə zamanı Müqəddəsin üz, burun, və bel nahiyələrindən xəsarət aldığı müəyyən edilib. Müqəddəs İbadovun qardaşı Ələşrəf İbadov hadisənin örüş sahəsinə baş verdiyini bildirib.

Belə ki, əqli cəhətdən qusurlu olan Müqəddəs iribuynuzlu mal-qaranı evə gətirərkən dayısıyla rastlaşıb. Onlar arasında düşən mübahisəyə səbəb bacıoğlunun dayısını söyməsi olub. Buna dözə bilməyən dayı bacısı oğlunu döyərək xəstəxanalıq edib. Artıq zərərçəkmişin qardaşı hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma