Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Dönərin və qrilin də qiyməti bahalaşdı
Son xəbərlər

Dönərin və qrilin də qiyməti bahalaşdı

Dönərin və qrilin də qiyməti bahalaşdı


İnsanların qida rasionunda üstünlük təşkil edən "fast food”un (ayaqüstü qidalar) qiyməti artır. Bahalaşmaya səbəb istehlak bazarında məhsulların qiymətinin artmasıdır.

Xüsusən dönər, peraşki və qrilin bahalaşması ilə bağlı narazılıqların olduğunu bildirən sahibkarlar bu qida məhsullarının qiymətinin toyuq və mal ətinin qiymətindən asılı olduğunu bildirirlər. Bahalaşmanın davam edəcəyi istisna edilmir.

5 manata olan qril hazırda 6 manat olub, dönərin qiyməti də artaraq 1.50-2 manat arasında dəyişib.

Quşçuluq fabrikləri və fermerlər isə toyuq və mal ətinin bahalaşmasını heyvan yemlərinin, kommunal xidmətlərin bahalaşması və digər xərclərin artması ilə əlaqələndirirlər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma