Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda məktəbdə dava düşdü: Şagird müəllimin gözünü çıxardı
Son xəbərlər

Bakıda məktəbdə dava düşdü: Şagird müəllimin gözünü çıxardı

Bakıda məktəbdə dava düşdü: Şagird müəllimin gözünü çıxardı


Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib və onlardan birinə xəsarət yetirib.

May.Az publika.az-a istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.

Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma