Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Şüvəlanda it iki nəfərə hücum etdi
Sosial

Şüvəlanda it iki nəfərə hücum etdi

Qonşunun iti ev sahibinə hücum edərək xəsarət yetirib.


TRENDX.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.


Xəsarət alan Eldar Hüseynovun sözlərinə görə, bir neçə gün əvvəl giriş qapısı açıq qaldığından qonşuluqdakı it həyətə daxil olub. Heyvan əvvəlcə onun həyat yoldaşına hücum edib.

Eldar Hüseynovun müdaxiləsi zamanı isə it ona hücum edərək müxtəlif bədən xəsarətləri yetirib. İtlə bir neçə dəqiqə mübarizə aparan E.Hüseynov qol nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkən bildirir ki, hadisə baş verəndən sonra itin sahibi ilə əlaqə saxlamağa çalışsalar da, bu, mümkün olmayıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma