Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Gündəm » Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırıb
Gündəm

Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırıb

Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub və yol polisi onu xəstəxanaya çatdırıb.


TRENDX.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında Yeni Klinikaya çatdırılıb", - məlumatda bildirilib:

"Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər".

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma