SON DƏQİQƏ
Trendx » Hadisə » Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI
Hadisə
15:31, 20 апрель 2026
13
0

Ucar rayonunda azyaşlının ana olması ilə bağlı yayılan məlumat üzrə araşdırmalara başlanılıb.


TRENDX.AZ xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, yerli icra hakimiyyətindən daxil olan məlumat əsasında müəyyən olunub ki, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulan körpə hazırda tibb müəssisəsindədir və onların vəziyyəti qənaətbəxş hesab olunur.

Qurum rəsmisi bildirib ki, faktla bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırma aparılır. Nəticədən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcək.

Eyni zamanda, azyaşlının və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

***14:12

Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

TRENDX.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.

Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

***14:04

Ucar rayonunda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumata görə, Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 14-ü saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə qız doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm körpə dünyaya gətirib.

***12:56

Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

TRENDX.AZ APA-ya istinadən xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.

Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Ctrl
Enter
Заметили ошЫбку
Выделите текст и нажмите Ctrl+Enter
Обсудить (0)