Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanda qəza: rəis öldü, sədr yaralandı
Son xəbərlər

Azərbaycanda qəza: rəis öldü, sədr yaralandı

Azərbaycanda qəza: rəis öldü, sədr yaralandı


Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.

May.Az "ARB-Kəpəz"-ə istinadən xəbər verir ki, Oqtay Hüseynov "Mercedes" markalı minik avtomobilində idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır.

Onun sərnişini, 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma