Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda musiqiçi iş başında öldü
Son xəbərlər

Bakıda musiqiçi iş başında öldü

Bakıda musiqiçi iş başında öldü


Bakıda kafedə bədbəxt hadisə baş verib.

May.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, "20-ci sahə” yaşayış massivində yerləşən "Orxan” kafesində baş verib.

Kafenin musiqi qrupunun sintezator ifaçısı, 51 yaşlı Aydın adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) iş yerində dünyasını dəyişib. Musiqiçi həmkarları ilə birlikdə musiqi səsləndirirmiş. Həmin vaxt kafedə müştərilər olub. Qəfildən o, huşunu itirib və başı musiqi alətinin üstünə düşüb. İşçilər və müştərilər onun yardımına tələssələr də, həyata qaytarmaq mümkün olmayıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. Həkim briqadası 51 yaşlı kişinin infarktdan dünyasını dəyişdiyini müəyyən ediblər. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma