Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi
Son xəbərlər

İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

SİMA yeni nəsil rəqəmsal imzanın "Elektron ipoteka və kredit zəmanət" sisteminə inteqrasiyası təmin olunub.


Milli.Az xəbər verir ki, artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı, "SİMA İmza"dan da istifadə etmək mümkündür. Belə ki, ipoteka krediti və ya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlar sistemə SİMA rəqəmsal imza ilə daxil olaraq, elektron kabinet yarada və bütün növ müqavilələri imzalaya bilərlər.


Qeyd edək ki, bu yenilik İpoteka və Kredit Zəmanət Fondunun "AzInTelecom" MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Sözügedən inteqrasiya vətəndaşlar üçün vaxt və əlavə xərclərin qarşısının alınması, göstərilən xidmətlərin səmərəliliyinin artırılması məqsədi daşıyır.


SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC tərəfindən yaradılıb. Ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür. 

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma