Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu
Son xəbərlər

Mirasa görə atasını BALTALADI: adını oğluna qoymuşdu

Türkiyədə oğul mirasa görə atasını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tokat şəhərinin Topçam məhəlləsində baş verib.

Məlumata görə, M.C. atası Zihni Cankurtarana məxsus əmlakları satıb. Bunu eşidən kişi Yunanistandan Tokata gəlib. Burada ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zamanı M.C. balta ilə atasını vuraraq, öldürüb. Sonra isə meyiti bağ evinin həyətindəki hovuzun yanında yeraltı anbarda gizlədib.

Mərhumun qızları ataları ilə əlaqə saxlaya bilmədikləri üçün polisə xəbər veriblər. Polisin araşdırması nəticəsində M.C. şübhəli qismində saxlanılıb. Məhkəmə qərarı ilə M.C. həbs olunub. Araşdırma aparılır.

Qeyd olunur ki, M.C.-nın 26 yaşlı oğlu öldürdüyü atası Zihninin adını daşıyır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma