Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Qar, güclü külək və duman müşahidə olunur - FAKTİKİ HAVA
Son xəbərlər

Qar, güclü külək və duman müşahidə olunur - FAKTİKİ HAVA

Yanvarın 11-i saat 11:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 11-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 27, Qaxda 15, Qubada 11, Qusarda 8, Gədəbəydə 4, Sədərəkdə 3, Şahdağ, Daşkəsəndə 2, Xaltan, Şəkidə (Kişçay) 1 sm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Mingəçevirdə 18, Qobustanda 16 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Balakən, Qax, Zaqatala, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma