Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bu gün Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günüdür
Son xəbərlər

Bu gün Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günüdür

Bu gün Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günüdür. 


Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə "Kənd Təsərrüfatı İşçiləri Günü" kimi qeyd olunur.

Hazırda ölkənin iqtisadi baxımdan fəal əhalisinin 36%-i aqrar sahədə çalışır. Bu sahəyə cavabdeh dövlət qurumu - Kənd Təsərrüfatı Nazirliyi 1992-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi adı ilə yaradılıb, 1993-cü ildə isə onun adı dəyişdirilib.

Ölkəmizdə qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

2015-ci ildə Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunub və 5 istiqamətdə 50-dən çox tədbir reallaşdırılıb. XXI əsrin biznes texnologiyası sayılan aqroparklar yaradılıb.

Kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma