Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova İTTİHAM ELAN OLUNDU
Son xəbərlər

Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova İTTİHAM ELAN OLUNDU

Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova ittiham elan olunub. 


BAKU.WS APA-a istinadən xəbər verir ki, Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.

Onunla bağlı təqdimata bu gün məhkəmədə baxılacağı gözlənilir.

Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23- də polis tərəfindən saxlanılıb.

Onun Gəncədə avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkilliyinin altı ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma