Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bu tarixdən havanın temperaturu KƏSKİN ENƏCƏK – DİQQƏT
Son xəbərlər

Bu tarixdən havanın temperaturu KƏSKİN ENƏCƏK – DİQQƏT

Bu il yay fəslinin ilk yarısı gözlənildiyindən daha sərin keçdi. İyulun ortasına kimi tez-tez yağan yağışlar və güclü küləklər havanı xeyli dəyişdi. İyulun ikinci yarısından isə istilər başladı. Bu, hələ də davam edir.

Artıq payız mövzsümü başlayır. Bizi hansı hava şəraiti gözləyir?

BiG.AZ xəbər verir ki, globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bildirib ki, bu il yay mövsümündə ölkənin bir çox bölgələrində yağışlar normadan artıq müşahidə olunub.

Onun sözlərinə görə, yaxın günlərdə havaların tədricən soyuması gözlənilir:

"Artıq temperaturun enmə prosesi başlayıb. Biz buzlaşma dövrünə qədəm qoymuşuq. Payız əvvəlki illərlə müqayisədə nə çox isti, nə də sərt soyuq olacaq, əsasən orta temperatur göstəriciləri ilə yadda qalacaq.

Payız aylarında temperaturun norması 20-22 dərəcə arasında dəyişməlidir. Oktyabrın sonu və noyabrın əvvəlində isə havanın 7-15 dərəcə arasında enməsi gözlənilir".


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma