Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Hava ilə bağlı daha bir - Xəbərdarlıq
Son xəbərlər

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.


BiG.AZ xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləcəyi, şimşək çaxacağı ehtimalı var.


Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.


Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma