Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sabah bu rayonlarda qaz olmayacaq
Son xəbərlər

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq


Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan May.Az verilən məlumata görə, avqustun 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zirə-Şimal DRES” qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Şirvan” və Qazax magistral qaz kəmərləri sahəsinin "Bayramlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma