Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Yevlaxın səkkiz, Masallının iki kəndində qaz olmayacaq
Sosial

Yevlaxın səkkiz, Masallının iki kəndində qaz olmayacaq

İyunun 18-də Yevlax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


TRENDX.AZ xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, saat 09:00-dan işlər başa çatanadək Yevlaxın Cırdaxan, Salahlı, Varvara, Balçılı, Ağqrax, Səmədabad, İsmayılabad və Bünyadabad kəndlərinin qaz təchizatının dayandırılması nəzərdə tutulur.

İyunun 18-də Masallı rayonunun bəzi yaşayış məntəqələrində də qaz təchizatı müvəqqəti dayandırılacaq.

Lənkəran Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, aşkarlanan qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Yeyənkənd kəndinin tam olaraq, Banbaşı kəndinin isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Qaz təchizatının işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma