Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ronaldonun 40 yaşında formada qalmasına kömək edən yeməyi
Son xəbərlər

Ronaldonun 40 yaşında formada qalmasına kömək edən yeməyi

"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qastronomik üstünlüklərini bölüşüb.


Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 40 yaşlı portuqaliyalının formada qalmasına kömək edən sevimli yeməyi Bacalhau à Brasdır. Bu, doğranmış duzlu balıq, soğan, xırda doğranmış qızardılmış kartof, yumurta və zeytundan ibarət ənənəvi Portuqaliya yeməyidir.


Bu yeməyin bir porsiyası (300 qram) təxminən 28 qram protein və 29 qram karbohidrat ehtiva edir ki, bu da Ronaldonun qidalanma prinsiplərinə mükəmməl uyğun gəlir. Portuqaliyalı ulduz şəkər və spirtdən uzaq durması və yalnız yüksək proteinli qidalara üstünlük verməsi ilə tanınır.


Bacalhau à Bras kifayət qədər tez hazırlanır və Ronaldo üçün xüsusi məna daşıyır, çünki anası onu uşaqlıqda tez-tez hazırlayıb. Lissabondakı Kriştiano restoranında ailə resepti ilə hazırlanmış bu yeməyi dadmaq olar.


Ronaldo bu mövsüm "Əl-Nəsr"ın heyətində 33 oyun keçirib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib.


"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində lider "Əl-İttihad"dan 10 xal geri qalaraq üçüncüdür. Aprelin 4-də Ronaldonun komandası səfərdə hazırkı çempion "Əl-Hilal"la qarşılaşacaq.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma