Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Qəzaya uğrayan təyyarənin bələdçisi: "Oksigen balonu partlasaydı, sağ qala bilməzdik"
Son xəbərlər

Qəzaya uğrayan təyyarənin bələdçisi: "Oksigen balonu partlasaydı, sağ qala bilməzdik"

"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə müraciət etmək istəyərkən ikinci zərbə baş verdi".

Oxu.Az xəbər verir ki, bu barədə "XəzərXəbər"ə Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin bələdçisi Aydan Rəhimli açıqlama verib.

O bildirib ki, ikinci zərbə zamanı digər təyyarə bələdçisi Zülfüqar Əsadov sol qolundan xəsarət alıb:

"Mən ona kömək etməyə çalışdım. Biz təyyarənin arxa hissəsinə getdik, orada bələdçilər üçün təyin olunmuş yerdə əyləşdik və oksigen maskalarını taxdıq. Ona ilkin tibbi yardımı mən göstərdim".

A.Rəhimli qeyd edib ki, təyyarənin baş bələdçisi Hökumə Əliyeva ona zəng edib və daim əlaqədə olublar:

"Qəlpələr təyyarənin içinə daxil olmuşdu. Oksigen balonunun partlaması düzgün məlumat deyil. Oksigen balonu partlasaydı, biz sağ qala bilməzdik".

Ətraflı süjetdə:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma