Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Qitələrarası Kubokun sahibi bəlli oldu
Son xəbərlər

Qitələrarası Kubokun sahibi bəlli oldu

Futbol üzrə Qitələrarası Kubokun final matçında "Real Madrid" (İspaniya) "Paçuka" (Meksika) ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Qətərin paytaxtı Doha şəhərində yerləşən "Lusail" stadionunda keçirilən görüş gözlənildiyi kimi "Kral klubu"nun xeyrinə başa çatıb - 3:0.

Qolları Mbappe (37), Rodriqo (53), Vinisius Junior (84) vurublar.

Qeyd edək ki, Qitələrarası Kubok turnirində hər konfederasiyasının Çempionlar Liqasını qazanmış klublar iştirak edir. Bu qələbə sayəsində "Real Madrid" klubu tarixində 106-cı rəsmi kuboku əldə edib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma